Ərdoğan ATƏT-in Minsk qrupunu tənqid etdi | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan ATƏT-in Minsk qrupunu tənqid etdi

09:56 - 07 / 06 / 2017
Ərdoğan ATƏT-in Minsk qrupunu tənqid etdi

ATƏT-in Minsk qrupu ötən 22 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç nə edə bilməyib.

1news.az-ın “haberler”ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O deyib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi, 15 qeyri-daimi üzvü var:

“Müvəqqəti üzvlərin orada heç bir rolu yoxdur. Hər şey o 5 üzvdən birinin dodağının altında nə deməsindən asılıdır.  BMT TŞ Azərbaycan-Ermənistan, Suriya, İraq problemini həll edə bildimi?

Minsk üçlüyü 22 ildir nə iş görür? Minsk qrupunun həmsədr dövlətlərinin üçü də BMT TŞ-nın üzvüdür. Niyə münaqişəni həll etmirlər? Həll etməzlər, çünki içəridən biri "yox" deyirsə, çözüm mümkün deyil". 

Pərvanə Sultanova

Paylaş:
887

Son xəbərlər

Bütün xəbərlər