Hikmət Hacıyev: Eduard Limonovun adı mütləq Azərbaycan XİN-in “qara siyahısına” salınacaq
Rusiyada qadağan edilmiş sabiq Milli-bolşevik partiyasının lideri, hazırda isə ictimaiyyətə “yazıçı və ictimai xadim” kimi təqdim edilən Eduard Limonovun adı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “qara siyahısına” salınacaq.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Eduard Limonovun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərilə bağlı məlumatı şərh edərəkən bildirib:
“Araşdırılmış məlumatlar göstərir ki, Eduard Limonov Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Qaydalara əsasən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş istənilən şəxslərin adı arzuolunmaz şəxslər siyahısına salınacaq”.
Bununla yanaşı, H.Hacıyev bildirib ki, Eduard Limonovun adı yaxın günlərdə Azərbaycan XİN-in “qara siyahısına” salınacaq:
“Həmin siyahının yenilənmiş versiyasında təbii olaraq Limonovun adına rast gələ bilərsiniz”.
Qeyd edək ki, Limonovun rəhbərlik etdiyi Milli-bolşevik partiyasının 5 dəfə qeydiyyata alınılması imtina edilib. 2007-ci ildə partiya məhkəmə tərəfindən ekstremist təşkilat olaraq tanınıb və onun fəaliyyəti Rusiya ərazisində qadağan edilib. Həmçinin partiya Rusiya ərazisində ilk qadağan edilmiş təşkilatdır.
Tərcümə: S.Xankişiyeva