Azərbaycanlı pəhləvanlar “America Got Talant”ın münsiflər heyətini şoka saldılar – FOTO – VİDEO
Qubalı pəhləvan qardaşlar - Laçın və Hüseyn Abdulhüseynovlar Amerika Birləşmiş Ştatlarının “America Got Talant” teleşousunda iştirak ediblər.
1news.az-ın məlumatına görə, adları “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən Abdulhüseynovlar Haydi Klum, Melani Bi, Saymon Koell və Houi Mendeldən ibarət münsiflər heyətini, eləcə də tamaşaçıları öz qeyri-adi nömrələri ilə şoka salmağı bacarıblar.
Kadrlardan da görünür ki, münsiflər heyətinin 4 üzvündən ikisi – supermodel Haydi Klum və aktyor Houi Mendel olduqca təhlükəli nömrələri izləyə bilməyərək qırmızı düyməyə basıblar və çıxışın dayandırılmasını istəyiblər.
Bununla belə pəhləvanlarımız çıxışlarını sona kimi yerinə yetirə biliblər və səsvermənin nəticəsinə görə, növbəti mərhələyə adlayıblar.
Qeyd edək ki, Laçın və qardaşı Hüseyn Abdulhüseynov bundan əvvəl Ukrayna və Türkiyə televiziyalarında yayımlanan layihələrdə də iştirak ediblər.
Babək Cahandarov