Koreya prezidenti İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Koreya prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

19:30 - 08 / 06 / 2017
Koreya prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Koreya Respublikasının Prezidenti Mun Ce-in 28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Koreya Respublikasının Hökuməti və xalqı adından ürəkdən təbrik edirəm.

Tarixin son 25 ili ərzində müstəqil Azərbaycan yalnız siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində deyil, cəmiyyət həyatının bütün sahələrində möhtəşəm tərəqqiyə nail olub.

Sıx əlaqələrimiz və mədəni köklərimizdəki oxşarlıqlar əsasında qurulmuş və zaman keçdikcə dərinləşən əməkdaşlıq münasibətlərimizin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə ümid edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasına əbədi firavanlıq arzularımı çatdırıram”.

Babək Cahandarov

Paylaş:
899

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər