Göygöl rayonunda sahibkarlara güzəştli kredit verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Göygöl rayonunda sahibkarlara güzəştli kredit verilib

21:16 - 08 / 06 / 2017
Göygöl rayonunda sahibkarlara güzəştli kredit verilib

İyunun 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin maarifləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində növbəti işgüzar forumunu Göygöl rayonunun Xəqani kəndində keçirib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, forumda sahibkarlarla Göygöl rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda Sahibkarlığa Kömək Milli Fondunun özəl bölmənin inkişafında, xüsusən də, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 521 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6300-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 233 milyon manatdan çox güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 709 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək və 50-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Qeyd edək ki, indiyədək Göygöl rayonundan olan 800-dən çox sahibkara 13,6 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Göygöldə güzəştli kredit ayrılan heyvandarlıq təsərrüfatına baxış keçirilib.

Babək Cahandarov

Paylaş:
734

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər