Lourens Meredit: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və sərmayəçisidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Lourens Meredit: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və sərmayəçisidir

11:49 - 08 / 06 / 2017
Lourens Meredit: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və sərmayəçisidir

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və sərmayəçisidir. 

1news.az-ın məlumatına görə, bunu Aİ-nin Şərq qonşuluğu üzrə direktoru Lourens Meredit Aİ-Azərbaycan biznes forumunda deyib. O bildirib ki,  strateji tərəfdaş olan ölkələr arasında, regionda Azərbaycan ikinci ən böyük sərmayə qoyulan ölkədir.

Azərbaycanda 300-dən çox Aİ ölkələrinə məxsus şirkətin fəaliyyət göstərdiyini deyən Aİ rəsmisi Azərbaycanın bir çox sahələrdə, xüsusən də kənd təsərrüfatı sahəsində geniş imkanlarının olduğunu söyləyib.

Bu il noyabrın 21-də Şərq Tərəfdaşlığı sammitinin keçiriləcəyini diqqətə çatdıran L.Meredit nəqliyyat məsələsinin logistika çox vacib məsələ olduğunu bildirməklə yanaşı, Şərq-Qərb dəhlizinin mühüm rola malik olduğunu da vurğulayıb.

Pərvanə Sultanova

Paylaş:
1073

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər