Şahin Mustafayev: Azərbaycanın tranzit imkanları ölkənin gəlirlərinin artmasında böyük rol oynayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev: Azərbaycanın tranzit imkanları ölkənin gəlirlərinin artmasında böyük rol oynayacaq

12:13 - 08 / 06 / 2017
Şahin Mustafayev: Azərbaycanın tranzit imkanları ölkənin gəlirlərinin artmasında böyük rol oynayacaq

Bu ilin dörd ayı ərzində Azərbaycanda yükdaşımaların həcmi 23 faiz artıb.

1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan - Avropa İttifaqı biznes forumunda deyib. O bildirib ki, neft sektorunda daşımalar 21%, qeyri-neft sektorunda 35% artıb. Avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə artım 46 faiz olub.

Nazir çıxışında azad iqtisadi zonanın yaradılması məsələsinə də toxunaraq bu istiqamətdə  işlərin davam etdiyini diqqətə çatdırıb:

“Artıq “Azad iqtisadi zona haqqında” qanun layihəsi, texniki iqtisadi əsaslandırma, baş plan hazırdır. Prezident İlham Əliyev tərəfindən sənədlərin ekspertizası ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiya qanunun yekun variantını ölkə başçısına təqdim etməlidir.

Bu işlər qısa müddətdə başa çatacaq və sahibkarlar bu imkanlardan yararlana biləcək. Azərbaycanın tranzit imkanları ölkənin gəlirlərinin artmasında böyük rol oynayacaq”- deyə, nazir vurğulayıb.

Pərvanə Sultanova

FOTO: APA

Paylaş:
746

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər