Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

16:02 - 13 / 06 / 2017
Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoydu, xatirəsinə dərin ehtiramını bildirdi.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verdi.

Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına minnətdarlıq etdi.

1news.az 

Paylaş:
951

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər