Vüqar Səfərli yenidən KİV DF-nin icraçı direktoru təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Vüqar Səfərli yenidən KİV DF-nin icraçı direktoru təyin edilib

18:16 - 13 / 06 / 2017
Vüqar Səfərli yenidən KİV DF-nin icraçı direktoru təyin edilib

Prezident İlham Əliyev V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.21-ci bəndinə uyğun olaraq qərara alıram:

Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin”.

Babək Cahandarov

Paylaş:
1174

Son xəbərlər

Bütün xəbərlər