ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanın strateji əhəmiyyəti müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanın strateji əhəmiyyəti müzakirə olunub

11:45 - 16 / 06 / 2017
ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanın strateji əhəmiyyəti müzakirə olunub

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

1news.az-ın məlumatına görə, müsahibədən əvvəl aparıcı bu yaxınlarda ölkəmizdə səfərdə olduğunu xatırladaraq, səfər barədə xoş təəssuratlarını bölüşüb və şərq-qərb və şimal-cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinə çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, aparıcı ölkənin inkişaf və uğurlarında qadınlarının rolunun göstərici kimi Azərbaycanın Avrasiya ölkələri sırasında liderliyinin şahidi olduğunu və Amerika cəmiyyətinin belə məlumatları eşitmək istəyində olduğunu vurğulayıb. 

Müsahibə zamanı səfir Süleymanov ABŞ Konqresinin üzvü Stiv Skaliz və digər işçilərinə qarşı törədilmiş silahlı hücum xəbəri ilə bağlı kədərini bölüşmüş və xəsarət alanlara tezliklə sağalmalarını arzu edib. Daha sonra o, Azərbaycanda qadınların cəmiyyətdəki rolundan danışaraq, ilk dəfə olaraq müsəlman Şərqində və bir çox Qərb ölkələrdən əvvəl qadınlara seçkilərdə iştirak və seçilmək hüququnun məhz Azərbaycanda verilməsinin tarixi nailiyyət hesab olunduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycanda qadınların ictimai-siyasi fəallığının ildən-ilə daha da artdığını, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisinin yüksəldiyi, eləcə də onların ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında müstəsna rol oynadıqlarını qeyd edib.

Fikrin davamı olaraq, E.Süleymanov 2015-ci ildə Birinci Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi məhz xanım Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olduğunu vurğulayıb. Bu xüsusda, o, həmçinin həmin gün ABŞ-ın Ticarət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Konqresdə “Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu” mövzusunda keçirilmiş tədbirə toxunaraq, bunun hər iki ölkədə qadınların cəmiyyətdəki rolu barədə ABŞ ictimaiyyətinin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.

Bundan sonra, E.Süleymanov aparıcının Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə suallarına cavab verərək, ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olmaqla, şərq-qərb və şimal-cənub yollarının kəşiməsində yerləşdiyini qeyd edib. Səfir enerji layihələri ilə yanaşı, Çindən Avropaya, eləcə də Hindistandan Şimali Avropaya daşınan yüklərin ölkəmizin yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində görülən işlərdən danışaraq, bu yolla daşımaların ənənəvi dəniz yollarından fərqli olaraq həm vaxt, həm də məsafə baxımından daha qısa olduğunu bildirib.

O, eyni zamanda Azərbaycan tərəfindən regionun nəqliyyat-tranzit imkanlarının artırılması məqsədilə bu sahəyə böyük həcmdə sərmayələrin yatırıldığını, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Avropa ilə Asiya dəmir yolu şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin həyata keçirildiyini və beləliklə də, ölkəmizin həm şərq-qərb, həm də şimal-cənub istiqamətində yüklərin qəbul edilərək, ötürülməsinə hazır olduğunu vurğulayıb. Bununla yanaşı, səfir Süleymanov Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalandığını diqqətə çatdırıb.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6018245-azerbaijan-is-the-railroad-crossroads-of-eurasia-elin-suleymanov-elinsuleymanov-azembassy-us internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Babək Cahandarov

Paylaş:
662

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər