Bakıda itkin kimi axtarılan yeniyetmə tapılıb - YENİLƏNİB
Bakıda itkin kimi axtarılan yeniyetmə tapılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Yasamal rayonunda 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.
09:42
Bakıda 16 yaşlı yeniyetmə itkin düşüb.
1news.az xəbər verir ki, Yasamal rayon sakini 2009-cu il təvəllüdlü Səid Hacızadə yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı araşdırma aparılır.
88












