Ərəb ölkələrinin aparıcı inkişaf fondlarının nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərəb ölkələrinin aparıcı inkişaf fondlarının nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

12:00 - Bu gün
Ərəb ölkələrinin aparıcı inkişaf fondlarının nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondunun nümayəndə heyətləri ilə görüş keçirib.

Nazirlikdən 1news.az-a bildirilib ki, görüş zamanı qonaqlara “AZCON Holding”ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə ətraflı məlumat verilib.

Xüsusilə telekommunikasiya, rəqəmsallaşma və nəqliyyat sahələrində innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalq maliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər