“Səbail” 3 yoxlama oyunu keçirəcək | 1news.az | Xəbərlər
Futbol

“Səbail” 3 yoxlama oyunu keçirəcək

21:10 - 28 / 06 / 2017
“Səbail” 3 yoxlama oyunu keçirəcək

İyunun 12-dən Bakıda yeni mövsümün hazırlığına start verən "Səbail" dünəndən etibarən təlim-məşq toplanışını Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir.

1news.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda gündə 2 dəfə “Dalğa Arena”da məşq etməklə yanaşı, 3 yoxlama oyunu keçirməyi də planlaşdırır.

“Səbail” iyunun 29-da “Binə” komandası ilə qarşılaşacaq. İyulun 2-də və 8-də isə  “Sumqayıt”la görüşlər olacaq.

Qeyd edək ki, ötən mövsüm I divizionda ikinci yeri tutan “Səbail” qarşıdakı mövsümdə Premyer Liqada mübarizə aparacaq.   

1news.az

Paylaş:
842

Son xəbərlər

Bütün xəbərlər