İkinci finalçı kim olacaq: Almaniya Meksikaya qarşı | 1news.az | Xəbərlər
Futbol

İkinci finalçı kim olacaq: Almaniya Meksikaya qarşı

19:49 - 29 / 06 / 2017
İkinci finalçı kim olacaq: Almaniya Meksikaya qarşı

Bu gün Konfederasiyalar Kubokunda ikinci yarımfinal oyunu keçiriləcək.

1news.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşdə Almaniya və Meksika yığmaları üz-üzə gələcək.

Yoahim Löv komandasını turnirə ikinci heyətlə gətirdiyindən, heç də cütlüyün aşkar favoriti sayılmır.

Qeyd edək ki, Almaniya qrupda Avstraliya (3:2) və Kamerun (3:1) üzərində qələbə qazanıb, Çili ilə (1:1) bərabərə qalıb.

Meksika isə A qrupunda eyni göstəriciyə imza atıb (Portuqaliya – 2:2, Yeni Zelandiya – 2:1, Rusiya – 2:1).

Xatırladaq ki, dünən ilk yarımfinal oyununda Çili komandası penalti zərbələrində Portuqaliyaya qalib gələrək adını finala yazdıran ilk komanda olub.

FİFA Konfederasiyalar Kuboku-2017

Yarımfinal

29 iyun

22:00. Almaniya – Meksika

Soçi. “Fişt” stadionu

Babək Cahandarov

Paylaş:
928

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər