“Qəbələ” Kiyev “Dinamo”suna məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” Kiyev “Dinamo”suna məğlub oldu

22:16 - 04 / 07 / 2017
“Qəbələ” Kiyev “Dinamo”suna məğlub oldu

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

1news.az-ın məlumatına görə, “qırmızı qaralar” Ukrayna çempionatının ikincisi Kiyev “Dinamo”su ilə qarşılaşıb. Görüş ukraynalıların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Elvin Məmmədov imza atıb.

Qeyd edək ki, bu, “Qəbələ”nin Avstriyada 7-ci yoxlama görüşüdür. Komanda buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıb, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.

Yoxlama görüşü

4 iyul

“Qəbələ” – “Dinamo” (Kiyev, Ukrayna) - 1:2

Qollar: Elvin Məmmədov, 85 - Xliobas, 13, 56

1news.az

Paylaş:
979

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər