Yakup Jezniçak rəsmən “Qarabağ”da - FOTO | 1news.az | Xəbərlər
Futbol

Yakup Jezniçak rəsmən “Qarabağ”da - FOTO

19:51 - 06 / 07 / 2017
Yakup Jezniçak rəsmən “Qarabağ”da - FOTO

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” növbəti transferini reallaşdırıb.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla 2 illik müqavilə imzalanıb.

Mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın “Vidzev Lodz” klubunda başlayıb və cəmi bir il sonra Polşanın köklü klublarından “Legiya”ya transfer olub. 30 yaşlı yeni transferimiz son 13 ili “Legiya”da keçirib. Jezniçak “Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.

Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb. Mərkəz müdafiəçisi "Qarabağ"da 52 nömrəli formayla mübarizə aparacaq.

1news.az

Paylaş:
1038

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər