Haiti millisinin üzvü rəsmən “Qarabağ”da - FOTO | 1news.az | Xəbərlər
Futbol

Haiti millisinin üzvü rəsmən “Qarabağ”da - FOTO

20:51 - 06 / 07 / 2017
Haiti millisinin üzvü rəsmən “Qarabağ”da - FOTO

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti keçidini reallaşdırıb.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi “Alanyaspor”un yarımmüdafiəçisi Vild-Donald Gerye ilə 2 illik müqavilə imzalayıb.

Haiti millisinin üzvü peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayan Vild-Donald Gerye 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan 28 yaşlı yarımmüdafiəçi 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə “Alanyaspor” forması altında 24 oyunda 4 qolla yadda qalıb.

1news.az

Paylaş:
1276

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər