UEFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb | 1news.az | Xəbərlər
Futbol

UEFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb

11:52 - 07 / 07 / 2017
UEFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb

Avropanın ali futbol qurumu olan UEFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

1news.az-ın məlumatına görə, futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda bir sıra dəyişikliklər olub. Ölkəmiz isə yalnız xal ehtiyatını artırıb.

Belə ki, “Zirə” səfərdə “Differdange” komandasını 2:1, “İnter” isə doğma meydanda “Mladost”u 2:0 hesabı ilə məğlub edib. İki qələbə ilə Azərbaycan hesabına 0,500 xal yazdırıb. Bununla da cari mövsüm 4 oyunda 4 qələbə əldə edən klublarımızın qazancı 1,000-ə çatıb.

Nəticədə son 5 mövsümün cəmindəki əmsalımız 15,750-yə yüksəlib. Azərbaycan bu göstərici ilə 23-cü pillədə qərarlaşıb.

Babək Cahandarov

Paylaş:
1144

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər