“Neftçi”nin daha iki rəqibi dəqiqləşdi | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”nin daha iki rəqibi dəqiqləşdi

22:15 - 10 / 07 / 2017
“Neftçi”nin daha iki rəqibi dəqiqləşdi

“Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyulun 15-də saat 11:00-da “Binə”, iyulun 19-da saat 18:00-da isə “Şüvəlan”la qarşılaşacaq. Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçiriləcək.

Xatırladaq ki, “Neftçi” ilk yoxlama oyununu “Kəpəz”ə qarşı keçirəcək. Sabah saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.

1news.az

Paylaş:
1260

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər