“Qarabağ” “Samtredia”ya qarşı: Çempionumuz Çempionlar Liqasında ilk görüşünə çıxır | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Samtredia”ya qarşı: Çempionumuz Çempionlar Liqasında ilk görüşünə çıxır

16:45 - 11 / 07 / 2017
“Qarabağ” “Samtredia”ya qarşı: Çempionumuz Çempionlar Liqasında ilk görüşünə çıxır

 

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

 

1news.az-ın məlumatına görə, “Qarabağ” ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxacaq.

 

Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq Qurban Qurbanovun yetirmələrinin növbəti mərhələyə adlamaq şansı yüksək qiymətləndirilir.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da start götürəcək görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

 

Son üç mövsümdə Çempionlar Liqasına uğurlu start götürən ağdamlıların bu dəfə necə çıxış edəcəyi maraqla gözlənilir. “Valletta”, “Rudar” və “Düdelanj”la görüşlərdə mərhələni məğlubiyyətsiz keçən çempionumuz qonşu ölkə təmsilçisi qarşısında da favoritdi.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

 

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik

Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)

UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 

Babək Cahandarov

Paylaş:
1167

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər