“Qəbələ” Polşa klubuna qarşı, “Zirə”nin çətin Rumıniya səfəri | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” Polşa klubuna qarşı, “Zirə”nin çətin Rumıniya səfəri

17:25 - 13 / 07 / 2017
“Qəbələ” Polşa klubuna qarşı, “Zirə”nin çətin Rumıniya səfəri

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

1news.az-ın məlumatına görə, ölkəmizi təmsil edən “Qəbələ” ilə “Zirə” də mübarizəyə qoşulacaqlar.

Mövsümdə ilk rəsmi matçına evdə çıxacaq Roman Qriqorçukun yetirmələri Polşa təmsilçisi “Yagelloniya”nı qonaq edəcək.

Almaniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmaya saat 21:00-da start veriləcək.

Bakının “Zirə” klubu isə səfər matçına çıxacaq. Belə ki, Ayxan Abbasovun yetirmələri Rumıniyanın “Astra” klubunun qonağı olacaqlar.

Bakı vaxtı ilə saat 21:30-da başlayacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

13 iyul

21:00. “Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa)

Baş hakim: Marko Frits

Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim

Dördüncü hakim: Quido Vinkmann (hamısı Almaniya)

UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

8-ci km qəsəbə stadionu

21:30. “Astra” (Rumıniya) – “Zirə” (Azərbaycan)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin

Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)

UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)

Giurgiu. Marin Anastasoviçi stadionu

Babək Cahandarov

Paylaş:
1070

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər