“Neftçi” yoxlama oyununda qələbə qazanıb | 1news.az | Xəbərlər
İdman

“Neftçi” yoxlama oyununda qələbə qazanıb

17:47 - 15 / 07 / 2017
“Neftçi” yoxlama oyununda qələbə qazanıb

“Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

1news.az xəbər verir ki, “Neftçi” komandası “Binə” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş “Neftçi”nin 1:0 hesablı qələbə ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

“Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da “Şüvəlan” klubuna qarşı keçirəcək.

 1news.az 

Paylaş:
1632

Son xəbərlər

Bütün xəbərlər