Tiflisdə insident: Gürcülər bayrağımızı oğurladılar | 1news.az | Xəbərlər
Futbol

Tiflisdə insident: Gürcülər bayrağımızı oğurladılar

20:55 - 18 / 07 / 2017
Tiflisdə insident: Gürcülər bayrağımızı oğurladılar

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bir qədər sonra başlayacaq “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, xoşagəlməz olay matçın keçiriləcəyi Boris Payçadze adına “Dinamo” stadionunun önündə yaşanıb.

“Samtredia”nın 20-ə yaxın azarkeşi “Qarabağ” fanatlarına  hücum edib. Nəticədə əlbəyaxa dava düşüb. Yerli fanatlar Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polislər bayrağı oğurlayan gürcü azarkeşləri axtarışa başlayıb.

1news.az

Paylaş:
1292

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər