“Qarabağ” Tiflisdə də qalib gəlib, növbəti mərhələyə yüksəldi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Tiflisdə də qalib gəlib, növbəti mərhələyə yüksəldi - VİDEO

23:03 - 18 / 07 / 2017
“Qarabağ” Tiflisdə də qalib gəlib, növbəti mərhələyə yüksəldi - VİDEO

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

1news.az-ın xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi səfərdə “Samtredia” ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda Gürcüstan klubunu 5 cavabsız qolla məğlub edən Qurban Qurbanovun komandası bu dəfə də rəqibini üstələyib - 1:0.

Beləliklə, “Qarabağ” 3-cü təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, komandamız bu mərhələdə “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların cavab oyunu sabah Albaniyada keçiriləcək. İlk görüşdə moldovalılar 1:0 hesabı ilə qələbə qazanıblar.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

18 iyul

“Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Gerye, 22

1news.az

Paylaş:
1044

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər