“Zirə” və “İnter” Avropa Liqasında mübarizəni dayandırdı | 1news.az | Xəbərlər
Futbol

“Zirə” və “İnter” Avropa Liqasında mübarizəni dayandırdı

23:27 - 20 / 07 / 2017
“Zirə” və “İnter” Avropa Liqasında mübarizəni dayandırdı

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

1news.az xəbər verir ki, turnirdə mübarizə aparan təmsilçilərimizdən ilk olaraq “Zirə” meydana çıxıb.

Ayxan Abbasovun komandası “Dalğa Arena”da “Astra”nı sınağa çəkib. Görüş qolsuz bərabərliklə başa çatıb. İlk oyunda 1:3 hesabı ilə uduzan “Zirə” iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

“Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya) - 0:0

Turnirdəki digər təmsilçimiz “İnter” səfərdə Lüksemburq “Fola”sı ilə qarşılaşıb. Görüş komandamızın 4:1 hesablı məğlubiyyəti ilə başa çatıb. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “İnter” iki görüşün nəticəsinə görə rəqibinə uduzub.

“Fola” (Lüksemburq) – “İnter” (Azərbaycan) - 4:1

Qollar: Haci, 21, Saiti, 32, Laterze, 59, Sakras, 90+4 - Pərdis Fərcad-Azad, 70

1news.az

Paylaş:
775

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər