“Qəbələ”də yeni müqavilə | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ”də yeni müqavilə

20:59 - 24 / 07 / 2017
“Qəbələ”də yeni müqavilə

2015-ci ildə “Qəbələ” ilə “Sarar” şirkəti arasında imzalanan ikiillik geyim sponsorluğu müqaviləsi ötən müddət ərzində hər iki tərəf üçün uğurlu olduğu üçün anlaşmanın daha iki il müddətinə uzadılması qərara alınıb.

1news.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əldə olunan razılaşdırmaya əsasən, “Sarar” növbəti iki mövsüm ərzində “Qəbələ”nin futbolçu və texniki heyetini yay və qış geyimləri ilə təmin edəcək.

Əvəzində isə “Qəbələ”nin ev oyunlarında “Sarar”ın reklam bannerləri yerləşdiriləcək. Şirkətin Azərbaycan nümayəndəsi Məsut Dəmirtaş yeni müqavilə ilə bağlı bu fikriləri səsləndirib: “Qəbələ” iki mövsümdü Avropada layiqli mübarizə aparır. Bu müddət ərzində özümüzü artıq bu uğurun bir parçası hesab edirik ki, bu da “Sarar” olaraq bizi son dərəcə məmnun edir. Ona görə də, əməkdaşlığımızın müddətini daha iki il artırmağa qərar verdik. İnanıram ki, klubla olan münasibətimiz daha uzun müddəti əhatə edəcək”.

“Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən: “İki qurum arasında sponsorluq razılığının əldə edilməsi hər zaman çox çətin və əmək tələb edən prosesdi. Ancaq bir sponsorluq əməkdaşlığını növbəti mərhələyə keçirərək artırmaq daha çətindi. “Sarar” kimi qlobal bir brendlə əməkdaşlığımızda bunu bacardığımız üçün çox sevincliyik”, - deyib.

Qeyd edək ki, 1944-cü ildə fəaliyyətə başlayan "Sarar" şirkəti keyfiyyətli, dəbə və müxtəlif zövqlərə uyğun məhsulları ilə hazırda 5 qitədə və 51 ölkədə müştərilərinə xidmət göstərən brenddi. İdmana xüsusi diqqət ayıran "Sarar" hazırda Tükiyənin futbol və basketbol milli komandalarının (1996-cı ildən), "Beşiktaş" və "Trabzonspor"un sponsorudu. Bundan başqa 1997-2013 cü illər arasında "Qalatasaray" və "Bursaspor" komandaları "Sarar"la əməkdaşlıq edib.

1news.az

Paylaş:
815

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər