Dünyada İlk Səmti Müəyyənetmə Festivalı Azərbaycanda keçiriləcək – FOTO | 1news.az | Xəbərlər
İdman

Dünyada İlk Səmti Müəyyənetmə Festivalı Azərbaycanda keçiriləcək – FOTO

10:56 - 24 / 07 / 2017
Dünyada İlk Səmti Müəyyənetmə Festivalı Azərbaycanda keçiriləcək – FOTO

1-7 iyul tarixlərində Estoniyanın Tartu şəhərində səmti müəyyənetmə üzrə 34-cü dünya çempionatı keçirilib.

1news.az-ın məlumatına görə, ölkəmizi bu mötəbər tədbirdə Gənclər və İdman Nazirliyinin, şəxsən nazir Azad Rəhimovun dəstəyi ilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov və milli komandanın idmançısı Süleyman Əliyev təmsil ediblər.

Dünya çempionatından 5 gün öncə Estoniyaya yollanan idmançımız IOF (Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası) tərəfindən təşkil olunan təlim məşqlərində iştirak edib.

Çempionatın ilk yarış günündə Tartu şəhərində təşkil olunan Sprint üzrə yarışda idmançımız “Men B” qrupunda start edərək 3.1 km məsafədə 19 nəzarət məntəqəsində qeyd olunmaqla 17 dəqiqə 37 saniyə nəticə göstərib və öz qrupunda 37-ci yeri tutub.

Yarışın ikinci günündə Rougue vilayətinin meşə massivində uzun məsafə üzrə yarışa start verilib. İştirakçılardan 17.1 km-lik məsafədə 25 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə çatmaq tələb olunurdu. Lakin idmançımız nəzərdə tutulan 4 saatlıq vaxt ərzində məsafəni tamamlaya bilməyib.

Vitipalu vilayəti yaxınlığında təşkil olunmuş orta məsafə üzrə yarışı isə idmançımız 119 dəqiqə 12 saniyəlik nəticə ilə tamamlayıb. Bütün nəzarət məntəqələrində qeyd olunan idmançımız Norveç, Rusiya, Slovakiya, Misir və Çin Taipeyi kimi ölkələrdən olan idmançıları qabaqlayaraq 77-ci yer ilə kifayətlənib.

Dünya çempionatı yarışlarına paralel olaraq dəvət olunan mötəbər qonaqlar arasında da “VIP Race” təşkil olunub. Federasiya prezidentləri, IOF rəsmiləri və bir sıra təşkilar nümayəndələrinin qatıldığı yarışda Azərbaycanı Mirəli Kazımov təmsil edib.

Federasiya prezidenti Mirəli Kazımov, IOF tərəfindən təşkil olunan prezidentlərin və məsul şəxslərin iştirakı ilə konfransda iştirak edib. Konfransda səmti müəyyənetmənin gələcək perspektivləri və Olimpiya idman növü olma yolunda atılacaq mümkün addımlar müzakirə olunub. Bununla yanaşı IOF-un Avropa Komissiyasının strukturunun yenidən formalaşması kimi strateji müzakirələrdə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov öz konstruktiv təklifləri ilə çıxış edib və bu təkliflər iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Azərbaycanın bir idman ölkəsi kimi son zamanlar göstərdiyi naillətlər nəzərdən yayınmayıb və bu idman növündə inkişaf etməkdə olan ölkə kimi rolu və nəticələri yüksək qiymətləndirilib. Gələcəkdə ölkəmizdə səmti müəyyənetmə idman növü üzrə böyük və mötəbər tədbirlərin həyata keçirilməsi perspektivləri müzakirə olunub və Dünyada İlk Səmti Müəyyənetmə Festivalının məhz Azərbaycanda keçirilməsi təklifi irəli sürülüb. Bu təklif bir çox federasiya prezidentləri və IOF rəsmiləri tərəfindən müsbət qarşılanıb və tədbirin həyata keçirilməsi üçün dəstək nümayiş olunub.

Bununla yanaşı Azərbaycan Səmti Müəyyənetmə Federasiyası ilə Türkiyə, Belarus, Rusiya, Çexiya və Bolqarıstan kimi ölkələrin müvafiq federasiyaları arasında rəsmi görüşlər keçirilib və qarşılıqlı əməkdaşlıq haqda razılıq əldə olunub.

Bolqarıstanın keçmiş idman naziri olmuş və hazırda Bolqarıstan Səmti Müəyyənetmə Federasiyasının prezidenti də Azərbaycanla sıx əməkdaşlıq etmək barədə istəyini bildirib. Bununla yanaşı Aralıq Dənizi Ölkələri Konfederasiyası üzvləri olan Fransa, İtaliya və Serbiya Federasiya prezidentləri ilə həyata keçirilən təkli görüşlərdə Azərbaycanı gələcəkdə bu qurumda görməyi arzuladıqlarını bildiriblər.

Babək Cahandarov

Paylaş:
770

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər