Çempionlar Liqası: “Astana” qalib gəldi, “Başakşəhər” Belçikada sülh bağladı
Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlar başa çatıb.
1news.az-ın məlumatına görə, iki gün ərzində 15 qarşılaşmanın baş tutduğu turnirin ikinc günündə azarkeşlər 9 qarşılaşmaya şahidlik ediblər.
Qazaxıstanın “Astana” klubu doğma arenada Polşa“Legiya”sını, Kiyev “Dinamosu” “İsveçrənin “Yanq Boyz” klubun” məğlub edib.
“Seltik” “Rusenborq”la, “Ayaks” isə səfərdə “Nitsa” ilə sülh bağlayıb. Türkiyə təmsilçisi “Başakşəhər” də Belçikada “Brügge” ilə bərabərə qalıb.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
26 iyul
“Astana” (Qazaxıstan) – “Legiya” (Polşa) - 3:1
Qollar: Kabananqa, 36, Maeski, 45, Tvumasi, 90 - Sadiku, 79
“Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) - 3:1
Qollar: Yarmolenko, 15, Mbokani, 34, Qarmaş, 90+3 - Fassnaxt, 90+1
“Zalsburq” (Avstriya) – “Riyeka” (Xorvatiya) - 1:1
Qollar: Hvanq Hi Çan, 49 - Qavranoviç, 30
“Hapoel” (Beer Şeva, İsrail) – “Ludoqorets” (Bolqarıstan) - 2:0
Qollar: Nvakaeme, 20, Ohana, 79
“Vitorul” (Rumıniya) – APOEL (Kipr) - 1:0
Qol: Qanea, 75
“Maribor” (Sloveniya) – “Hafnarfyordur” (İslandiya) - 1:0
Qol: Tavares, 54
“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) - 0:0
“Nitsa” (Fransa) – “Ayaks” (Hollandiya) - 1:1
Qollar: Balotelli, 32 - van de Bik, 49
“Brügge” (Belçika) – “Başakşəhər” (Türkiyə) - 3:3
Qollar: Bonaventura, 6, Densvill, 16, 79 - Mossoro, 59, 74, Elia, 64
Babək Cahandarov