“Qəbələ” Yunanıstanda məğlub oldu – FOTO – VİDEO
Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.
1news.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxıb.
Roman Qriqorçukun yetirmələri səfərdə Yunanıstan “Panatinaikos”u ilə qarşılaşıblar.
Oyunun taleyini bir qol həll edib. Belə ki, matçın 37-ci dəqiqəsində cərimə meydançası daxilində müdafiəçi İlqar Qurbanovun əlinə dəyən top penaltiyə səbəb olub. Molins dəqiq oynayıb - 1:0.
Bu, oyunda vurulan yeganə qol olub və nəticədə “Qəbələ” səfərdə minimalhesablı məğlubiyyətlə barışmalı olub.
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
27 iyul
“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) - 1:0
Qol: Molins, 37 (pen.)
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. “Apostolos Nikolaidis” stadionu
Babək Cahandarov