İdman xadimi: İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz | 1news.az | Xəbərlər
İdman

İdman xadimi: İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz

11:27 - 31 / 07 / 2017
İdman xadimi: İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz

Son günlər  güləş ailəsində baş verən xoşagəlməz olaylar, məni güləşə doğma bir insan olaraq hədsiz dərəcədə narahat etdi. Güləş elə bir idman növüdür ki, çətinliklərə sinə gəlib həmişə.

Bu sözləri Azərbaycanın Əməkdar Bədən Tərbiyəsi və  İdman Xadimi, Milli Olimpiya Komitəsinin üzvü Cavanşir Qurbanov deyib:

“İllərlə bu idman növünün quruculuğunda olmuş bir vətəndaş kimi, onu deyə bilərəm ki, müstəqilliyimizin ilk çağlarında maliyyə çətinliklərinə, təlim-məşq toplantılarının olmamasına, maaşların çox az miqdarda verilməsinə, maddi texniki bazanın zəif olmasına, lazımi idman inventarının azlığına baxmayaraq, güləş idman növü həmişə yüksək və stabil nəticələri ilə fərqlənir və ən əsası Azərbaycanımızın milli idman növü olduğunu dünyaya sübut edib.

Bu gün biz güclü Dövlətik. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri, cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısı var. Və bu dəstək nümunəsi heç bir digər dövlətlərdə yoxdur. Bu da idmanı, vətəni, bayrağı sevən vətənpərvər idmançı üçün yetərlidir. Amma çox təəssüf ki, güləş ailəsində baş verən anlaşılmamazlıqlar məşqçi korpusunun ideoloji işinin tam peşəkarcasına aparılmamasının nəticəsidir ki, güləşçilər sosial şəbəkələrdə ictimai qınağa çevrilmişdir.

Mən bir idman xadimi kimi, illərlə güləşdə zəhməti olan bir Azərbaycan vətəndaşı olaraq bir ata kimi (1) idmançılarımıza onu tövsiyyə edirəm ki, hər kəs onun üzərinə düşən öz işi ilə məşğul olmalı və qarşıdan gələn Güləş üzrə Dünya Çempionatına məsuliyyətlə hazırlaşaraq ölkəmizə yüksək nəticələrlə qayıtmalıdırlar. (2)  Məşqçilərimizə onu tövsiyyə edirəm ki, idmançıları diqqətlə dinləyib, növbəti dövr üçün konseptual sənəd hazırlasınlar (3). Biz bu gün Mübariz İbrahimov kimi qəhrəmanlarla öyünürük. Sizi də gənclərimiz bu qəhrəmanlar sırasında qəbul edərək, sizdən nümunə götürürlər.

Sizin əməlləriniz gənclərimizə örnək olmalıdır. (4) Mediadakı dostlarımıza onu tövsiyyə edirəm ki, biz həmişə birləşməyi bacaran, çətinliklərdən düzgün çıxış yolu tapa bilən insanlarıq. Vaxtilə Rəsul Çunayevin erməni idmançısına məğlubiyyətini tənqid və təhqirlər deyil, əksinə dəstək olub onu ruhlandıran və yenidən erməni və digər rəqiblərə qalib gəlməsi üçün zəmin yaradan bizim Sizlərlə birliyimiz oldu və olacaq! Onu da xatirladım ki, bu gün hər bir yığma üzvü, məşqçilərimiz və hakimlərimiz idmanla yanaşı bu və ya digər sahələrdə işlə təmin olunmaqla yanaşı sosial məişət problemləri öz həllini tapır. Böyük əksəriyyəti isə Dövlət qulluğunda mühüm vəzifələrdə çalışırlar. İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz!

Əminliklə deyə bilərəm ki, Gənclər və İdman Nazirliyimiz, Milli Olimpiya Komitəsi, Fedrasiyalar, İdman Cəmiyyətlərinin və klubların birgə fəaliyyəti hələ uzun illər müstəqil Azərbaycanımıza yeni-yeni idmançı adlarını bəxş edəcək, yüksək nəticələrlə ölkə Prezidentinin bu qayğısı müqabilində cavab olaraq xalqımızı qalibiyyət himni ilə sevindirəcək. Sonda isə Sizə bir atalar sözünü xatırladım:

 “Gözü toxa, ağzındakı yetər, ac gözə dünya yetməz!”

Mövzu ilə əlaqədar oxuyun:

Güləşçilər etiraz edirlər: deyirlər ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin – FOTO – VİDEO

S.Xankişiyeva

Paylaş:
1053

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər