Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

18:19 - 02 / 08 / 2017
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün püşkatma mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan mərasimə sayca 26-cı çempionatda mübarizə aparacaq 8 komanda - “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Sumqayıt”, “Kəpəz”, “Neftçi” və Premyer Liqanın debütantı “Səbail” qatılıblar.

Püşkün nəticəsinə görə, ilk turda “İnter” “Qəbələ”ni, “Neftçi” isə “Qarabağ”ı qonaq edəcək. Premyer Liqanın debütantı “Səbail”in “Zirə” ilə qarşılaşacağı turda “Sumqayıt” “Kəpəz”lə üz-üezə gələcək.

Qeyd edək ki, ilk turun oyunları avqustun 11-13-ü aralığında keçiriləcək.

I tur

“İnter” – “Qəbələ”

“Neftçi” – “Qarabağ”

“Zirə” – “Səbail”

“Sumqayıt” – “Kəpəz”

Babək Cahandarov

Paylaş:
823

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər