Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu – FOTO | 1news.az | Xəbərlər
İdman

Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu – FOTO

09:20 - 02 / 08 / 2017
Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu – FOTO

Dünən  Finlandiyanın Tampere şəhərində gənclər arasında güləş üzrə dünya çempionatına start verilib.

1news.az-ın verdiyi xəbərə görə, turnirin ilk günündə azərbaycanlı sərbəst güləşçi Şahin Muxtarov (50 kq) qızıl medal qazanıb.

Həlledici görüşdə azərbaycanlı güləşçi Moldovanı təmsil edən erməni əsilli Karen Zurabyanı 7:5 hesabı ilə məğlub edib.

S.Xankişiyeva


Paylaş:
1255

Son xəbərlər

Bütün xəbərlər