“Qarabağ”dan tarixi qələbə: komandamız pley-off mərhələsində – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”dan tarixi qələbə: komandamız pley-off mərhələsində – VİDEO

09:41 - 02 / 08 / 2017
“Qarabağ”dan tarixi qələbə: komandamız pley-off mərhələsində – VİDEO

Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxıb.

Qurban Qurbanovun yetirmələri səfərdə Moldovanın “Şerif” klubunun qonağı olub.

Bakıda keçirilmiş ilk oyun qolsuz bərabərliklə başa çatdığından cavab qarşılaşması gözlənildiyi kimi gərgin mübarizə əraitində keçib.

Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar nəhayət ki, bu dəfə tilsimi qırmağı bacarıblar. Belə ki, rəqibini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” tarixi uğura imza ataraq Çempionlar Liqasının pley-offuna yüksəlməklə qrup mərhələsinə vəsiqəni təmin edib. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. 

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

1 avqust

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2

Qollar: Badibanqa, 90+4 (pen.) - Ndlovu, 45+3, Miçel, 86

Baş hakim: Roy Reynşreyber

Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)

Hakim-inspektor: Paulius Malzinskas (Litva)

Tiraspol. “Şerif” stadionu

İlk oyun – 0:0

Babək Cahandarov

Paylaş:
952

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər