“Qarabağ”ın pley-off mərhələsindəki rəqibi məlum oldu
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
1news.az-ın məlumatına görə, UEFA-nın Nyondakı mənzil qərargahında keçirilən tədbirdə qrup mərhələsinə 10 vəsiqə uğrunda pley-off mübarizəsi aparacaq 20 komanda rəqiblərini tanıyıb.
Avropanın aparıcı futbol ölkələrində yüksək yer tutan, amma çempion olmayanlar Liqa yolunda 5 cütə bölünüb. Öz ölkəsinin ən yaxşısı olan 10 klub Çempionlar yolunda 5 cüt təşkil edib. İlk dəfə bu mərhələdə təmsil olunan Azərbaycanın çempionu “Qarabağ”ın da rəqibi bilinib.
Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə uğrunda Danimarka “Kopenhagen”i ilə mübarizə aparacaq. Təmsilçimiz ilk oyunu evdə keçirəcək.
Xatırladaq ki, “Qarabağ” 1998/99 mövsümündə Kuboklar Kubokunda Danimarka təmsilçisi ilə qarşılaşmışdı və hər iki oyunu uduzaraq (0:6 və 0:4) ümumilikdə qapısından 10 top buraxmışdı.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)
APOEL (Kipr) - “Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)
“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)
“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)
Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)
“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)
“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)
“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)
Babək Cahandarov