Rəsmi: “Gelandewagen”in sükanı arxasında Əli Həsənovun nəvəsi olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəsmi: “Gelandewagen”in sükanı arxasında Əli Həsənovun nəvəsi olub - FOTO

13:15 - 05 / 08 / 2017
Rəsmi: “Gelandewagen”in sükanı arxasında Əli Həsənovun nəvəsi olub - FOTO

Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-a bildirilib ki, sükan arxasında Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub və o, cinayət məsuliyyətinə cəlb olunacaq.

Xatırladaq ki, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobildə olan Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər. 

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

1news.az

 

Paylaş:
1371

Son xəbərlər

Bütün xəbərlər