Səfirlik:"Bir dəfədən artıq həcc və ümrə ziyarətinə gedənlərə viza rüsumu tətbiq olunur" | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfirlik:"Bir dəfədən artıq həcc və ümrə ziyarətinə gedənlərə viza rüsumu tətbiq olunur"

14:47 - 08 / 08 / 2017
Səfirlik:"Bir dəfədən artıq həcc və ümrə ziyarətinə gedənlərə viza rüsumu tətbiq olunur"

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyi Səudiyyə Ərəbistanı hökumətinin yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq etməsi barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Səfirlikdən 1news.az-a verilən açıqlamada deyilir ki, bu məlumatlarda viza rüsumu ilə vergi məfhumu qarışıq salınır:

“Belə ki, Səudiyyə Ərəbistanı Krallığı hökuməti həcc və ümrə ziyarətçilərinə göstərdiyi xidməti dərk edərək, ilk dəfə həccə və ümrəyə gələn müsəlmanların viza xərclərini tam olaraq hökumət hesabına ödəyir. Başqa sözlə, birinci dəfə yerinə yetirilən həcc və ümrə üçün viza rüsumu ödənilmir, Səudiyyə Ərəbistanı hökuməti bu rüsum xərcini özü çəkir.

Bir dəfədən artıq həcc və ümrə ziyarəti yerinə yetirmək istəyənlərə isə viza rüsumu tətbiq olunur. Birdən çox ziyarət edənlərə viza rüsum tətbiqinin səbəbi, İslam dininin beşinci ən vacib əməli sayılan həcci, eləcə də ümrəni ilk dəfə yerinə yetirənlər üçün daha yaxşı fürsət yaratmaq və onu əlçatan etməkdir”.

Pərvanə Sultanova

 

 

Paylaş:
762

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər