İlham Əliyev Sinqapur prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Sinqapur prezidentini təbrik edib

18:16 - 08 / 08 / 2017
İlham Əliyev Sinqapur prezidentini təbrik edib

Prezident İlham Əliyev Sinqapur Respublikasının prezidenti  Toni Tan Kenq Yama təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm”.

Babək Cahandarov

Paylaş:
741

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər