MN: Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

MN: Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib - VİDEO

19:40 - 08 / 08 / 2017
MN: Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib - VİDEO

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

1news.az

 

Paylaş:
762

Son xəbərlər

Bütün xəbərlər