Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

12:11 - 08 / 08 / 2017
Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, müəyyən edilib ki, qurumun nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dövlət qeydiyyatına alınması üçün fərmanın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Vergilər Nazirliyinə müraciət etməlidir. 

Babək Cahandarov

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər