“Real” UEFA Superkubokunun qalibidir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Real” UEFA Superkubokunun qalibidir – FOTO – VİDEO

10:06 - 09 / 08 / 2017
“Real” UEFA Superkubokunun qalibidir – FOTO – VİDEO

UEFA Super kubokunun qalibinin adı məlum olub.

1news.az-ın məlumatına görə, Makedoniyanın paytaxtı Skopyedə keçirilən görüşdə ötən mövsüm avrokuboklara sahib çıxan iki komanda – Çempionlar liqasının qalibi “Real”la Avropa Liqasının qalibi “Mançester Yunayted” qarşılaşıblar.

Matçda hesabı madridlilər açıb. Kazemiro 24-cü dəqiqədə fərqlənərək komandasını hesabda irəli çıxarıb. Birinci hissədə başqa qol olmayıb.

Zidanın yetirmələri ikinci hissəyə də qolla başlayıblar. Belə ki, 51-ci dəqiqədə İsko komandasının üstünlüyünü iki qola çatdırıb. Bu qoldan 11 dəqiqə sonra Romelu Lukaku fərqi azaldıb. Matçın qalan dəqiqələrində isə komandaların cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb.

Beləliklə, “Mançester Yunayted” üzərində 2:1 hesablı qələbə qazanan “Real” Superkubokun qalibi olub.

UEFA Superkuboku

8 avqust

“Real” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1

Qollar: Kazemiro, 24, İsko, 51 - Lukaku, 62

Baş hakim: Canluka Rokki

Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati

Ehtiyat hakim Rikkardo Di Fiore (hamısı İtaliya)

Dördüncü hakim: Klement Turpin

UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)

Skopye (Makedoniya). II Filip stadionu

Babək Cahandarov

Paylaş:
970

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər