Erməni ordusunda tüğyan edən özbaşınalıqdan bəhs edən animasiya hazırlanıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni ordusunda tüğyan edən özbaşınalıqdan bəhs edən animasiya hazırlanıb – VİDEO

13:19 - 10 / 08 / 2017
Erməni ordusunda tüğyan edən özbaşınalıqdan bəhs edən animasiya hazırlanıb – VİDEO

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi barədə “Özgə saatı” adlı animasiya çarxı hazırlanıb.

1news.az-ın məlumatına görə, müəlliflər qeyd ediblər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq yaratdıqları təxribatlar, erməni ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz oğlanlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin Ermənistandan miqrasiya etmələri əks olunub.

Çarxda erməni hərbçisinin işğal edilmiş ərazidə Azərbaycana məxsus saatı qarət zamanı götürməsi və bu qarətin onu xoşbəxtlik əvəzinə ölüm bəxş etməsi nümayiş etdirilir.  

Eyni zamanda çarxda zəbt edilmiş ərazilərdə yerləşən bir sıra Azərbaycana məxsus tarixi abidələrin 3D qrafikalı animasiyaları hazırlanıb. 3D animasiyada həmçinin ermənilərin cəbhənin təmas xəttində törətdikləri təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni hərbi helikopterinin və zenit-raket kompleksinin məhv edilməsi kadrları da yığılıb.

Qeyd edək ki, çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. 

Onu da bildirək ki, bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada” layihəsi çərçivəsində hazırlanıb.

Babək Cahandarov

Paylaş:
642

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər