Ekoloji mühitə ziyan vurmaqda şübhəli bilinən restoran sahibi həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekoloji mühitə ziyan vurmaqda şübhəli bilinən restoran sahibi həbs edilib

20:03 - 10 / 08 / 2017
Ekoloji mühitə ziyan vurmaqda şübhəli bilinən restoran sahibi həbs edilib

Ekoloji mühitə ziyan vuran vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbə sakini tərəfindən “Bulaq” restoranı ərazisində ağacların məhv edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda yerləşən “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv edilməsi ilə yüksək gəlirliliyə nail olmaq üçün həmin iaşə obyektinə Biləcəri bələdiyyəsi tərəfindən icarəyə verilmiş 9503,3 kv.m torpaq sahəsində mövcud olan 67 ədəd Eldar şamının dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökməklə məhv etməsinə, həmçinin 2 ədəd ağacı kötüyündən kəsərək təbiətə ümumilikdə 57 min 360 manat məbləğində ziyan vurmasına dair şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 260.3 (meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə  külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hal-hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
696

Son xəbərlər

Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06
Bütün xəbərlər