Lük Bessonun yeni filmi Park Cinemanın LaseR zalında nümayiş olundu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lük Bessonun yeni filmi Park Cinemanın LaseR zalında nümayiş olundu – FOTO

11:20 - 10 / 08 / 2017
Lük Bessonun yeni filmi Park Cinemanın LaseR zalında nümayiş olundu – FOTO

Avqustun 8-də Park Cinema kinoteatrlar şəbəkəsində LaseR zalı və VIP Lounge-un təntənəli açılış mərasimi keçirilib.

Lazer proyektoru ilə təchiz olunmuş yeni zalda məhşur “Leon”, “Beşinci element” və “Lüsi” filmlərinin əfsanəvi rejissoru Lük Bessonun “Valerian və min planetlər şəhəri” adlı fransız fanstastik filmi nümayiş olunub.

Öz açılış nitqində marketinq üzrə direktor Musa Axundov Park Cinema kinoteatrlar şəbəkəsinin daima ən son texnoloji yenilikləri izlədiyini və onları Azərbaycanda ilk olaraq quraşdırdığını vurğulayıb. Həmçinin onu da qeyd edib ki, Park Cinema kinosevərlərin daha komfortlu şəraitdə film izləyə biləcəyi VIP Lounge yenidən istifadəyə verilib.

Daha sonra Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe çıxış edib. Öz çıxışında o Lük Bessonun kino sahəsində qazandığı nailiyyətlər haqda danışıb və Avropanın ən irimiqyaslı blokbasteri olan “Valerian və min planetlər şəhəri” haqda qonaqlara məlumat verib.

“Valerian və min planetlər şəhəri” – mənim çoxdandır gözlədiyim filmdir. O dərəcədə gözləyirdim ki, “Beşinci element” sadəcə məşq, “Lüsi” isə tizer idi”- deyə, rejissor dəfələrlə bildirib.

Filmdə baş rollarda Kara Delevin və Deyn DeXaan yer alıblar. Çəkilişlərdə Klayv Ouen, Tan Xouk, Con Qudman və ifaçı Rihanna da iştirak ediblər.

Qeyd edək ki, film ekranlarda 10 avqust tarixndən etibarən ölkəmizdə yalnız Park Cinema Flame Towers-da təqdim olunan eksklüziv IMAX® formatında nümayiş olunacaq.

Reklam hüququnda

Paylaş:
1914

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər