Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib

20:28 - 11 / 08 / 2017
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

1news.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 18:23-də başa çatıb. ​

1news.az

Paylaş:
850

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər