Üç rayonda ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Üç rayonda ev yanıb

10:23 - 11 / 08 / 2017
Üç rayonda ev yanıb

Dünən axşam üç rayonda ev yanıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Lerik rayonu, Monidigah kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bundan başqa Samux rayonu, Qarabağlılar kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb.

Eyni zamanda Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaqlı evin lambirdən ibarət tavanı və çardağı 36 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
850

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər