Mingəçevir sakinindən 4 kq-dan artıq narkotik götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevir sakinindən 4 kq-dan artıq narkotik götürülüb

16:31 - 12 / 08 / 2017
Mingəçevir sakinindən 4 kq-dan artıq narkotik götürülüb

Mingəçevir şəhər sakini Tural Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən 1news.az-Trend-ə verilən məlumata görə, avqustun 11-də Şəki ŞRPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Aparılan tədbirlərlə onun Aydınbulaq kəndi ərazisindəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
857

Son xəbərlər

Bütün xəbərlər