13 yaşlı qızı maşınla vuraraq qaçan sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

13 yaşlı qızı maşınla vuraraq qaçan sürücü həbs edilib

14:47 - 13 / 08 / 2017
 13 yaşlı qızı maşınla vuraraq qaçan sürücü həbs edilib

Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Şəmkir rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, avqustun 12-də Şəmkir rayon Mahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Elmar Malik oğlu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-2121” markalı, 10-MO-474 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Düzqışlaq kəndi ərazisində yol kənarında duran, həmin kənd sakini, 2004-cü il təvəllüdlü Qasımova Ella Namiq qızını vuraraq hadisə yerindən qaçıb. Nəticədə sonuncu aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma  eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Rayonunun polis və prokurorluq əmkdaşları  tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan E. Qasımov tutularaq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

1news.az

 

 

Paylaş:
633

Son xəbərlər

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıbBu gün, 10:18Hərbi Tibb Fakültəsində feldşerlərin buraxılış mərasimi keçirilibBu gün, 10:14“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilibBu gün, 09:59AMB iyulun ilk gününə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32Bu gündən şəhərdaxili sərnişin daşıyan avtonəqliyyat vasitələri videokameralarla təchiz olunmalıdırBu gün, 09:08Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:05Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqlənibBu gün, 09:03Füzuliyə AZAL-ın müntəzəm reysləri açılırBu gün, 08:59Bu gündən taksilərlə bağlı tələblər qüvvəyə minib - TƏFƏRRÜATBu gün, 08:49Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 08:46Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23
Bütün xəbərlər