Gədəbəydə əməliyyat: külli miqdarda qumbara, raket və patron aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə əməliyyat: külli miqdarda qumbara, raket və patron aşkarlanıb

18:17 - 13 / 08 / 2017
Gədəbəydə əməliyyat: külli miqdarda qumbara, raket və patron  aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)  12-13 avqust tarixlərində Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində təcili təxirəsalınmaz əməliyyat keçirib.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, 12 avqust saat 16:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində çayın içərisində 3 ədəd mərminin aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə Söyüdlü kəndi ərazisindəki su hövzəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olması aşkar olunub. Hərbi sursatların sayının çox olmasını, günün sona çatmasını və havanın qaralmasını nəzərə alaraq əməliyyat 13 avqustda davam etdirilib. Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1), 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası (3 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq), 10 ədəd partladıcı (UZRQM), 6 ədəd tank əleyhinə qumbara kapsulu, 1 ədəd tank əleyhinə qumbaranın tutacaq hissəsi, 1 ədəd tank əleyhinə raketin mühərrik hissəsi, 840 ədəd 5.45 mm-lik patron, 7 ədəd avtomat darağı və 2 ədəd RPK-74 darağı) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb. 

1news.az

Paylaş:
680

Son xəbərlər

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıbBu gün, 10:18Hərbi Tibb Fakültəsində feldşerlərin buraxılış mərasimi keçirilibBu gün, 10:14“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilibBu gün, 09:59AMB iyulun ilk gününə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32Bu gündən şəhərdaxili sərnişin daşıyan avtonəqliyyat vasitələri videokameralarla təchiz olunmalıdırBu gün, 09:08Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:05Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqlənibBu gün, 09:03Füzuliyə AZAL-ın müntəzəm reysləri açılırBu gün, 08:59Bu gündən taksilərlə bağlı tələblər qüvvəyə minib - TƏFƏRRÜATBu gün, 08:49Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 08:46Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23
Bütün xəbərlər