Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək

16:29 - 14 / 08 / 2017
Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 21-24 avqust tarixində Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Foruma dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən “Şvarzman”, “Rodos”, “Fulbrayt”, “Marşal”, “Truman”, “Mitcel”, “Geyts” kimi nüfuzlu proqramların, Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması gözlənilir.

Bundan başqa, foruma bəzi ölkələrin sabiq hökümət rəhbərləri, nüfuzlu ictimai xadimlər,  habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonağın da dəvət olunması planlaşdırılır.

Qeyd edək ki, Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platforma kimi nəzərdə tutulub.

S.Xankişiyeva

Paylaş:
655

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər