Payızın Azərbaycana nə vaxt gələcəyi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Payızın Azərbaycana nə vaxt gələcəyi açıqlanıb

17:40 - 14 / 08 / 2017
Payızın Azərbaycana nə vaxt gələcəyi açıqlanıb

Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb. 

1news.az-a AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq.

Bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.

Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.

S.Xankişiyeva

Paylaş:
1685

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər